Səhər oyananda, ayağa qalxanda dabanlarda yaranan ağrılar nəyin əlamətidir?

14-May-2019, 14:02 11
Səhər oyananda, ayağa qalxanda dabanlarda yaranan ağrılar nəyin əlamətidir? Daban tikanı (şpor) uzun müddət ayaq üstə qalan, bədən çəkisi çox olan və ayaqyalın gəzən şəxslərdə daha çox rast gəlinən problemdir.

Ortoped-travmatoloq, uzman həkim Vüsal Mahmudov deyib ki, daban tikanı müalicə edilməsə, həyat fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Onun sözlərinə görə, səhər oyananda və ya uzun müddət oturduqdan sonra ayağa qalxanda dabanlarda yaranan ağrılar daban tikanı xəstəliyinin əlaməti ola bilər.

Daban tikanı vaxtında müalicə olunmasa, yerimək keyfiyyətində qüsur, ayaq və ayaq əzələlərində zəifləmə və gərginlik yaranır. Zaman keçdikcə diz və bud sümüyündə, beldə ağrılar başlayır. Erkən qoyulmuş diaqnoz və düzgün müalicə ilə bu narahatlığı tamamilə aradan qaldırmaq mümkündür.

Xidmətlərimizdən istifadə etmək üçün bizimlə

ƏLAQƏ YARAT