Yaz allergiyası varsa, bunları edin

14-May-2019, 14:31 6
Yaz allergiyası varsa, bunları edin Yaz allergiyasından əziyyət çəkənlər əsasən boğaz ağrısı, burun axıntısı, gözlərdə qaşıntı və halsızlıqdan şikayətlənirlər. Əgər tez-tez burunun ucu qaşınırsa, burunda qıcıqlanma, axıntı yaranırsa, bu əlamətlər birmənalı olaraq yaz allergiyasının olduğuna işarədir. Allergenlər buruna, gözlərə təsir edərək burunda, gözlərdə qaşıntı, axıntı, asqırma, boğazda qıcıqlanma yaradır.

Amma buna baxmayaraq, bəzi qidalara qarşı yaranan allergiya zamanı da burunda, tənəffüs yollarında eyni qıcığın yaranması mümkündür. Yaz allergiyasının yaranmasında ağac, çiçək tozları nə qədər rol oynayırsa, qida allergiyasınaın ortaya çıxmasında inək südü, yumurta, fındıq, fıstıq, qoz, mərcimək, buğda, ət, soya, noxud, balıq və s. qidaların rolu xüsusi vurğulanır.

Allergiyanın müalicəsində ən əsas yol onu yaradan allergenlərdən uzaq durmaq sayılır.

Təbii ki, bütün hallarda buna əməl etmək mümkün deyil. Ona görə də vəziyyəti yüngülləşdirmək üçün bir sıra tədbirlər tövsiyə edilir.

Bunlardan biri də burunu yumaq sayılır. Bunun üçün 1 stəkan suya 1 çay qaşığı duz, 1 çay qaşığı çay sodası əlavə edib, qarışdırmaq, həmin suyu buruna çəkmək lazımdır.

Bəzən buruna sirkəli su çəkənlər də olur. Amma mütəxəssislər hesab edir ki, bu, düzgün deyil. Sirkəli su burun florasına mənfi təsir göstərir.

Amma boğaz qarqarası üçün sirkəli sudan yararlanmaq olar. Boğazda allergiyadan qıcıqlanma, şişmə varsa, 1 stəkan suya 2-3 damcı sirkə qataraq qarqara etmək faydalı sayılır.

Belə hallarda ilıq çökə çayı da tövsiyə olunur. Çökə çayının ağrıkəsici xüsusiyyəti də var.

Eyni zamanda çox isti, çox soyuq içkilərdən, tünd ədviyyatlı qidalardan uzaq durmaq, çoxlu su içmək faydalı sayılır.

Xidmətlərimizdən istifadə etmək üçün bizimlə

ƏLAQƏ YARAT