DİQQƏT: əgər dərmanı belə qəbul edirsinizsə… - BÖYÜK TƏHLÜKƏ

04-Haz-2019, 11:44 13
DİQQƏT: əgər dərmanı belə qəbul edirsinizsə… - BÖYÜK TƏHLÜKƏ Bir çox şəxs həbləri qəbul edərkən bütöv halda uda bilmədiyi üçün dərmanı para bölüb udur. Lakin bu şəkildə dərman qəbulu təhlükəlidir. Daxili orqanlara birbaşa təsir edir. Bəs bu üsul niyə zərərlidir?

Həbləri para bölüb içməyin zərərləri

Dərmanların səhv istifadəsi daxili orqanlara zərbə vurur. Əgər həkim dərmanın qırılıb, yarısının içilməsini deyibsə, belə də edin. Lakin özbaşınıza dərmanı uda bilməyəndə və yaxud dərmanın dozasını azaltmaq məqsədi ilə qəbul edilirsə, bu olmaz.

Hətta bəzi hallarda kapsulları uda bilməyənlər içini açıb qəbul edir. Bu da tamamilə səhv addımdır. Dərmanın belə qəbulu mədə-bağırsaq sistemini sıradan çıxara bilər.

Hər həbin təsiri müxtəlifdir. Bəzi dərmanlar mədədə, bəziləri isə bağırsaqlarda həll olur.

Dərmanlar su ilə içilməlidir

Həbləri adi sudan başqa digər maye vasitələri ilə də içənlər var. Dərmanı mütləq bol-bol su ilə içmək lazımdır. Bəzi hallarda dərman südlə qəbul edilir. Bu zaman təsir funksiyası dəyişir. Həblərin qəbul edilmə vaxtları da önəmlidir. Reseptinizə ac qarnına qeyd olunubsa, yeməkdən iki saat əvvəl içilməlidir. Dərmanı içib, dərhal yemək yemək olmaz. Tox qarnına buyrulan həblər isə yemək yedikdən 1 saat sonra içilməlidir. İki saat vaxt keçsə, ac qarnına hesab olunur.

Xidmətlərimizdən istifadə etmək üçün bizimlə

ƏLAQƏ YARAT