Dişləri yeməkdən nə qədər sonra fırçalamalı?

04-Haz-2019, 12:40 16
Dişləri yeməkdən nə qədər sonra fırçalamalı? Stomatoloqlar ağız sağlamlığı üçün dişləri gündə iki dəfə fırçalamağı və mütəmadi olaraq diş sapından istifadə etməyi məsləhət görürlər.

Amma yeni araşdırmalara görə, dişləri yemək yeyəndən, ələlxüsus turşulu, şəkərli qidalar, qazlı içkilər qəbul edəndən dərhal sonra fırçalamaq zərərlidir.

Bildirilir ki, turşulu qidalar, portağal kimi sitrus meyvələri, idman içkiləri, pomidor, qazlı içkilər diş minasını yumşaldır. Bu zaman onları fırçalamaq minaya daha çox ziyan vurur.

Həmin qidalar minanın tez bir zamanda zədələnməsinə, aşınmasına səbəb olur.

Dişlər həssaslaşdığı üçün həmin an şiddətli ağrı da yarana bilər.

Mütəxəssislər hesab edir ki, bu qidaları qəbul edəndən sonra bir saatadək gözləmək daha doğru olar.

Xidmətlərimizdən istifadə etmək üçün bizimlə

ƏLAQƏ YARAT