Təhlükəli ürək xəstəliklərinin səbəbi tapılıb

07-Haz-2019, 12:58 25
Təhlükəli ürək xəstəliklərinin səbəbi tapılıb ABŞ-ın Qledstoun İnistitunun və Kaliforniya Universitetinin alimləri ürək xəstəliyinin növlərindən birinin genlərini təyin edib.

Tədqiqat zamanı mütəxəssislər ailədə eyni xəstəlikdən əziyyət çəkən uşaqların ailə genlərini təhlil etmişdir.

Uşaqların atalarında xəstəliyin yüngül forması müşahidə olunmuşdur. Analarının ürəyinin isə, sağlam olması qeyd olunmuşdur. Atada uşaqlara genlərlə ötürülmüş "MKL2" və "MYH7" mutasiyası açkar olunmuşdur.

Uşaqlara həmçinin, analarında "NKX2-5" geni də ötürülmüşdür. Genlərdə baş vermiş dəyişiklik yalnız bir amin turşusuna təsir etmişdir. Eyni zamanda uşaqlarda başqa genlər də tapılmışdır. Buna görə, araşdırmaçılar ürək tutmalarının baş verməsində yalnız valideynin mutasiyaları səbəb kimi qeyd etmir.

"CRISPR" texnlogiyasının köməkliyi ilə alimlər, laborator siçanların DNT-nə analoji mutasiyalar daxil etmişdir. Genlərdə dəyişiklik əmələ gəlmiş heyvanlarda, uşaqlarda olduğu kimi qüsurlar əmələ gəlmişdir.

Xidmətlərimizdən istifadə etmək üçün bizimlə

ƏLAQƏ YARAT