Bütün dünyada ən populyar SAĞLAM MƏHSUL

11-Tem-2019, 15:24 10
Bütün dünyada ən populyar SAĞLAM MƏHSULÇia toxumları bütün dünyada çox böyük populyarlıq qazanıb və "superfud" (super-məhsul) sayılır. Çia Amerikada bitən bir bitkinin toxumlarıdır.

Çianın heyranedici faydalı tibdə də təsdiq olunub. Çianın kimyəvi tərkibi olduqca zəngindir. Sizə yalnız 2 misal çəkək. Belə ki, çiada kalsium süddən daha çoxdur. Omeqa-3 və antioksidant maddələrə görə çia qoz və fındıqdan daha zəngin sayılır.

Bu toxumların xüsusi dadı və ya qoxusu yoxdur və onları istənilən salatlara, hazır yeməklərə əlavə etmək olar.

1. Arıqlamağa yardım edir

Böyük Britaniya alimləri sübut ediblər ki, çia toxumları metabozizmi, kalorilərin yandırılması və piylərin parçalanması proseslərini sürətləndirir.

2. Xolesterini aşağı salır

Omeqa-3 yağlı turşularla zəngin olan çia toxumları xolesterinin səviyyəsini aşağı salaraq ürək-damar xəstəliklərinin, infarkt və insultun riskini azaldır.

3. Şəkərin səviyyəsini aşağı salır

4. Qəbizlik zamanı faydalıdır

Bağırsaqların hərəkətliliyini artıraraq qəbizliklə mübarizə etməyə kömək edir.

5. Sümikləri möhkəmləndirir

Kalsiumla zəngin olan çia toxumları sümüklər üçün ən faydalı məhsullardan biri sayılır.

6. İnsana gümrahlıq bəhş edir

Qədim mənbələrə əsasən, hələ qədim astek sülalələri çia toxumlarından əsgərlərin dözümlülüyü və fəallığını artırmaq üçün istifadə edirdilər.

7. Süd vəzi xərçəngi ilə mübarizə edir

Alfa-linol turşusu ilə zəngin olan çia toxumaları süd vəzi xərçənginin riskini azaldır və həmçinin süd vəzi xərçənginin inkişafını ləngidir.

Xidmətlərimizdən istifadə etmək üçün bizimlə

ƏLAQƏ YARAT