BMT: Uşaqlar arasında piylənmə halları artıb

11-Tem-2019, 15:41 11
BMT: Uşaqlar arasında piylənmə halları artıbDünya boyu bütün yaş qruplarında, beş yaşadək uşaqlar da daxil olmaqla, artıq çəki və piylənmə halları artıb.

Bu BMT-nin hesabatında bildirilib.

"Artıq çəki bütün yaş qruplarında artmadadır. 2018-ci ildə 40 milyon 5 yaşadək uşaq artıq kilodan əziyyət çəkib, yani dünyada beş yaşadək olan bütün uşaqların 5,9%.

Ən çox artıq çəkidən və piylənmədən əziyyət çək 5 yaşadək uşaqlar Şimali Afrika və Qərbi Asiyada qeydə alınıb". - hesabatda deyilir.

Təşkilat qeyd edir ki, həmən uşaqlarda tibbi və psixoloji problemlər daha çox olur.

Hesabata görə, keyfiyyətsiz qidalanma piylənmə, həm də geniş yayılmış bir problemə - kifayət qədər yeməməyə səbəb olur.

Xidmətlərimizdən istifadə etmək üçün bizimlə

ƏLAQƏ YARAT